Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 202 nəfər müalicə olunaraq sağalıb, 9 666 nəfər vəfat edib, aktiv xəstə sayı 677 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 741, bu günə qədər isə ümumilikdə 6 671 287 test icra olunub.