Qara dəniz sahillərində mina həyəcanı - TÜRKİYƏ HƏRƏKƏTƏ KEÇDİ
ƏRDOĞANDAN REAKSİYA
Ukraynanın Odessa sahillərində Rusiya hərbi gəmilərinə qarşı yerləşdirdiyi iddia edilən minalar Qara dənizdə fırtına nəticəsində lövbərlərindən uzaqlaşaraq Türkiyə sahilləri üçün də təhlükə yaradıb.
 
“Hürriyet” bildirir ki, Türkiyə Hərbi Dəniz Qüvvələri gəmiləri xəbərdar edərək və sürüklənən minalara qarşı diqqətli olmağı xahiş edərək NAVTEX (dənizçilərə xəbərdarlıq) yayımlayıb.
 
Rusiya Sovet İttifaqı zamanından qalan “YM” və “YRM” tipli minaların Qərbi Qara dəniz regionunda intensiv ticarət dəniz yollarında olduğunu bildirərək rəsmi Kiyevi bunda ittiham edib. Digər tərəfdən, Ukrayna tərəfi Rusiyanın Qara dəniz sularında bütün ticarətin qarşısını almaq üçün mina tələsi qurduğunu iddia edib.
 
Kiyev administrasiyasının bildirdiyinə görə, Rusiya tərəfi Qərbi Qara dəniz akvatoriyasına yüzlərlə mina yerləşdirməklə günahı Ukraynanın üzərinə yıxmaq niyyətindədir.

 ***

Senzor.az bildirir ki, bir az əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə üzən minalarla bağlı məsələyə aydınlıq gətirib.
 
O, bu barədə Türkiyədə səfərdə olan Niderlandın baş naziri Mark Rutte ilə keçirdiyi birgə mətbuat konfransında deyib: “Hazırda bu məlumat müzakirə olunur. Bununla bağlı Milli Müdafiə Nazirliyimiz bütün tədbirləri görür. Lazım olan hər şey ediləcək. Narahat olmayın”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.