Rusiya nüvə silahına hansı halda əl ata bilər? - QƏRB ÖLKƏLƏRİNİ ƏN ÇOX NARAHAT EDƏN MƏSƏLƏ
Rusiyanın milli təhlükəsizliyi konsepsiyası nüvə silahının yalnız onun mövcudluğuna təhlükə yarandığı halda istifadəsini nəzərdə tutur.
 
TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
 
Onun sözlərinə görə, Rusiya Federasiyası nüvə silahından yalnız ölkəyə təhlükə olduqda istifadə edə bilər.
 
“Bizim milli təhlükəsizlik konsepsiyamız var, o, ictimaiyyət üçün açıqdır. Siz nüvə silahının istifadə oluna biləcəyinin bütün səbəblərini oradan oxuya bilərsiniz. Yəni ölkənin mövcudluğuna təhlükə varsa, o zaman bizim konsepsiyaya uyğun istifadə oluna bilər. Bu mətndə qeyd olunan başqa səbəblər yoxdur”, - Peskov CNN telekanalına açıqlamasında bildirib.
 
Senzor.az xatırladır ki, Rusiyanın nüvə silahından istifadə ehtimalı NATO-nun qarşıdakı sammitində müzakirə olunacaq. 
Brüsseldə keçiriləcək sammitdə Alyansa üzv ölkələr Rusiyanın kimyəvi, bioloji, kiber və ya nüvə silahlarından istifadə edəcəyi təqdirdə onlara necə reaksiya verəcəklərini müzakirə edəcəklər.
 
“The New York Times” nəşri vurğulayıb ki, Qərb ölkələri Moskvanın ölümcül, qeyri-ənənəvi silahlara müraciət etmək potensialından getdikcə daha çox narahat olurlar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.