“Rusiya Ukraynada kimyəvi silahdan istifadə etsə, ABŞ cavab verəcək”
BAYDEN PUTİNİ DAYANDIRMAĞIN YOLUNU DA GÖSTƏRDİ
“Rusiya Ukraynada kimyəvi silahdan istifadə etsə, ABŞ cavab verəcək”.
 
Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO ölkələrinin sammitindən sonra keçirilən brifinqdə deyib.
 
“İstifadə etsə, cavab verəcəyik. Cavab bu silahların hansı miqyasda istifadəsindən asılı olacaq”, - deyə Prezident bildirib.
 
Yeri gəlmişkən, “The New York Times” qəzetinin yazdığına görə, ABŞ “Tiger” adlı xüsusi qrup yaradıb. Vaşinqton bu qurup sayəsində Moskvanın nüvə, bioloji və ya kimyəvi silahlardan istifadəsinə cavab verəcək.
 
Amerika lideri, həmçinin Çin rəhbəri Si Cinpini Rusiyanı dəstəkləyəcəyi halda yarana biləcək fəsadlar barədə məlumatlandırdığını söyləyib: "Rusiyaya qarşı sanksiyalar ilboyu davam etməlidir. Yalnız bu şəkildə Putin dayana bilər. Dünya bu insanın nə qədər kobud olduğuna diqqət yetirir. Əgər siz Putinsinizsə və Avropanın dağılacağını düşünürsünüzsə, bu müharibə daha bir ay çəkə bilər, biz qətiyyət nümayiş etdirməliyik".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.