Ərdoğan İlham Əliyev-Putin münasibətləri və Rusiyaya qarşı sanksiyalar haqda...
TÜRKİYƏ LİDERİ BRÜSSELDƏN QAYIDARKƏN DAHA KİMLƏRDƏN VƏ NƏLƏRDƏN DANIŞIB?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldən qayıdarkən təyyarədə adəti üzrə maraqlı açıqlamalar verib. 
 
Senzor.az yerli KİV-ə istinadən onun dediklərindən bəzi məqamları təqdim edir. 
 
Məsələn, dövlət başçısı bu cür və digər səfərlərin əsas mövzularla birlikdə ikitərəfli münasibətlərin müzakirəsi üçün də bir fürsət olduğunu qeyd edib: “Gələn ölkələrlə bölgəyə dair problemləri də masaya qoyuruq. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev qardaşımın səfərində əsas mövzumuz Rusiya və Ukrayna olub. Özü də Rusiyanı ən yaxşı tanıyan liderlərdəndir. Onun Putinlə münasibətləri də məlumdur. Bu müharibəni də ən yaxşı təhlil edənlərdən biridir. Bu məsələləri özü ilə çox açıq, konkret danışmaq fürsətimiz olub”. 

R.T.Ərdoğan Rusiyaya qarşı sanksiyalardan bəhs edərkən bildirib ki, BMT-nin müəyyən xəttinə Türkiyə də qoşula bilər: “Amma unutmayaq ki, bütün bu addımları atarkən bizim Rusiya ilə olan münasibətlərimizi bir kənara qoymaq mümkün deyil.Çünki bu gün sadəcə təbii qazın təqribən yarısını Rusiyadan alırıq. Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm. İkincisi, sənayemizi tamamilə sıfırlaya bilmərəm. Bunları qorumalıyıq. Biz dövlətik, 85 milyonluq əhalimiz var. Üzərimizə düşən hər cür vəzifəni edərik, edirik. Hazırda ukraynalılar üçün bölgəyə 56 civarında humanitar yardım daşıyan yük maşını göndərmişik”.
 
Türkiyə Prezidenti onu da deyib ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışacaq: “Həftə sonu və ya gələn həftənin əvvəlində Putinlə danışıqlar da mümkündür. NATO sammitini müzakirə edəcəyik”.
 
Ərdoğan vurğulayıb ki, Rusiyanı təkcə ABŞ şirkətləri deyil, həm də bir çox digər qlobal brendlər və şirkətlər qrupları tərk edir: “Təbii ki, ölkəmizə gələnlər üçün Türkiyənin qapıları açıqdır”.
 
Türkiyə lideri Fransa Prezidenti Emmanuel Makronu hazırda NATO-da ən fəal rol oynayan liderlərdən biri kimi xarakterizə edib.
 
Ərdoğan xatırladıb ki, İsrailin Baş naziri Naftali Bennet Türkiyəyə səfər edəcək: “Səfər Türkiyə-İsrail əlaqələrinin inkişafında yeni mərhələyə start verəcək”.
 
Dövlət başçısı Türkiyə hakimiyyətinin ərzaq təhlükəsizliyi baxımından bütün tədbirləri gördüyünü bəyan edib: “Ümid edirəm ki, Ramazan ayında zərrə qədər problem olmayacaq”.
 
Ərdoğan əminliklə qeyd edib ki, Brüsseldə enerji məsələləri üzrə aparılmış danışıqlar da əla nəticələr verəcək: “Daha ətraflı açıqlamanı sonra verəcəyik...”.

Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.