Polşanın paytaxtı Varşava şəhərində Ukraynaya dəstək aksiyası keçirilib.Məlumatı Nexta Live “Telegram” kanalı yayıb.
Varşavanın mərkəzi meydanına toplaşan minlərlə insan Ukrayna bayraqlarını dalğalandırıb, bu ölkənin himnini ifa edib.
Senzor.az xatırladır ki, Polşaya səfəri çərçivəsində ABŞ Prezidenti Co Bayden bu ölkədə xidmət aparan ABŞ əsgərləri ilə görüşüb. Görüş Ukrayna sərhədindən 80 km məsafədə yerləşən Jeşuv şəhərindəki hərbi hissədə baş tutub.
Burada ABŞ-ın Əfqanıstandan çıxarılmış aviabazası yerləşir. Hazırda Polşada 10 500 nəfərlik ABŞ kontingenti xidmət aparır.