Bayden Rusiyanı necə çökdürdüklərinin detallarını açıqladı
“VƏ BUNUN ÜÇÜN YALNIZ PUTİN GÜNAHKARDIR”
"Qərbin güclü və geniş sanksiyaları, Rusiya Mərkəzi Bankının vəsaitlərinin bloklanması və digər məhdudiyyətlər nəticəsində Rusiya iqtisadiyyatı yaxın illərdə iki dəfə azalacaq".
 
Publika.az xəbər verir ki, bunu şənbə günü Varşavada çıxış edən ABŞ Prezidenti Co Bayden deyib.
 
“Rusiya iqtisadiyyatı yaxın bir neçə il ərzində yarıya enmək yolundadır. İşğaldan əvvəl Rusiya iqtisadiyyatı dünyada 11-ci yerdə idi. Yaxın gələcəkdə o, dünyanın iyirmi ən böyük iqtisadiyyatı sırasında belə olmayacaq”, - Amerika lideri qeyd edib.
 
O vurğulayıb ki, bu, əsas Qərb ölkələrinin tətbiq etdiyi sürətli, güclü, vahid və görünməmiş iqtisadi məhdudiyyətlərlə bağlıdır.
 
Bayden xatırladıb ki, xüsusilə Rusiya Mərkəzi Bankı hazırda qlobal maliyyə sistemlərində bloklanıb və bu, Kremli bütün dünyada gizlədilən müharibə fondlarına çıxışdan məhrum edir. 
 
"Biz Rusiya enerji mənbələrinin ABŞ-a idxalını dayandırmaqla Rusiya iqtisadiyyatının ürəyinə "zərbə" vurduq", - Ağ Evin rəhbəri əlavə edib.
 
Bundan əlavə, onun sözlərinə görə, bu günə qədər ABŞ 140 rus oliqarxı və onların ailələrinə qarşı sanksiyalar tətbiq edib, onların qanunsuz yolla əldə etdiyi gəlirləri, yaxtalarını, dəbdəbəli mənzillərini və malikanələrini müsadirə edib. Müharibənin memarı sayıla biləcək 400-dən çox Rusiya məmuruna qarşı da məhdudiyyətlər tətbiq edilib.
 
Eyni zamanda, 400-dən çox transmilli şirkət Rusiyada biznes fəaliyyətini dayandırıb və onun ərazisini tərk edib - neft şirkətlərindən tutmuş "McDonald's" şəbəkəsinə qədər. 
 
Bayden deyib ki, bu görünməmiş sanksiyalar nəticəsində rubl demək olar ki, dərhal zibilliyə çevrilib.
 
"Sürətli və dağıdıcı nəticələr Rusiyanı öz kursunu dəyişməyə məcbur edəcək yeganə şeydir", - Amerika lideri vurğulayıb.
 
O qeyd edib ki, qoyulan məhdudiyyətlər artıq Rusiyanın qüdrətini, eləcə də qüvvələrini artırmaq və hücum haqqında düşünmək qabiliyyətini sarsıtmağa başlayıb.
 
“Və bunun üçün yalnız Putin günahkardır. Yalnız Vladimir Putin”, - ABŞ Prezidenti vurğulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.