“Qarabağda gərginliyin səbəbkarı Ermənistanla bərabər həm də Rusiyanın sülhməramlı kontingentidir”
HƏRBİ EKSPERTDƏN ŞƏRH-PROQNOZ
“Bu gün Qarabağda baş verən gərginliyin əsas səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir. Əgər 16 ay əvvəl imzalanan Üçtərəfli Bəyanatın şərtləri Ermənistan tərəfindən vaxtında yerinə yetirilsəydi və Rusiya tərəfi də bu proseslərin yerinə yetirilməsinə nəzarətini tam həcmdə icra etsəydi, bu gün biz Qarabağ ərazisində nə erməni silahlıları görərdik, nə də erməni silahlılarının təxribatı ilə qarşılaşardıq”.
 
Bu fikirləri “Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
 
Onun sözlərinə görə, görünən odur ki, Rusiya sülhməramlılarının Qarabağda apardıqları ikibaşlı oyunlar artıq sona çatmaqdadır: “Hazırda ordumuz son yerdəyişmə proseslərini davam etdirir. Görünür, Rusiya Müdafiə Nazirliyində oturan kargüzarlar hələ də Üçtərərəfli Bəyanatın şərtlərini ya oxumayıblar, ya da oxumaq istəmirlər. Əgər oxusalar görərlər ki, 4-cü bənddə qısa və konkret olaraq erməni silahlılarının Azərbaycan ərazisindən çıxarıldığı müddət dəqiq qeyd olunub”. “Rusiya hesab edirsə ki, o, Ukrayna ərazisində faşist və ya nasist axtarışına çıxa bilər, o zaman eyni hüququ Azərbaycanın öz ərazisi olan Qarabağda həyata keçirməsi hüququnu tanımalıdır. Daxil olan və təsdiqlənməyən məlumatlara görə, Qarabağ ərazisində erməni silahlıları daha irimiqyaslı təxribatlar hazırlayır. Bunu separatçı qurum rəhbərliyi tərəfindən “hərbi vəziyyətin elan olunması” da göstərir.. Rusiya sülhməramlıları erməni silahlılarını Azərbaycan ərazisindən çıxarmasalar, onda ölkəmiz həmin təxribatlara daha geniş miqyasda cavab vermək məcburiyyətində qalacaq. Kimsə, o cümlədən Rusiya sülhməramlısı və ya erməni silahlıları Azərbaycan torpaqlarında özünü olduğundan böyük görə bilməz” – hərbi ekspert əlavə edib. 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyindən üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycan ərazilərinin adını düzgün olaraq göstərməyi istəyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.