Senzor.az bildirir ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) həmin müsahibəni yaymamağı tələb edib.
Qurumun bununla bağlı yaydığı press-relizdə deyilir: ““Roskomnadzor” Rusiya KİV-inə sözügedən müsahibəni yaymamaq barədə xəbərdarlıq edir”.
Məlumatda həmçinin müsahibə götürən KİV nümayəndələri ilə bağlı araşdırma başlanıldığı və lazımı tədbirlər görüləcəyi bildirilib.
Maraqlıdır ki, “Roskomnadzor”un ardınca Rusiya Baş Prokurorluğu Ukrayna lideri Volodimir Zelenskinin Rusiya mediasında yayılan sitatlarını qiymətləndirmək niyyətində olduğunu bildirib.
Zelenskinin Ofisi isə “Roskomnadzor”un yayılmasını qadağan etdiyi müsahibənin videosunu artıq sosial şəbəkələrdə paylaşıb.