Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn olundu
YENİLƏNİB, FOTO
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn olunub.

Senzor.az bildirir ki, dəfn mərasimində dövlət rəsmiləri, ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak ediblər.

O, Xalq şairi Cabir Novruzun məzarı yanında torpağa tapşırılıb. 
**14:12

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində sabiq Prezident Ayaz Mütəllibovla vida mərasimi keçirilib.

Mərasimində sabiq Prezidentin yaxınları, deputatlar, ictimai xadimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan sabiq prezidentin köməkçisi Qulu Həsənoğlu deyib ki, bu gün Ayaz Mütəllibovun ailə üzvləri və yaxınları üçün ağır bir gündür: “Azərbaycan ziyalısı, sülhpərvər bir insan bu gün tarixə qovuşdu. O, özü ilə bərabər böyük bir tarix apardı”.

Daha sonra deputat Vahid Əhmədov çıxış edib və sabiq prezidentlə bağlı xatirələrindən danışıb: “Ayaz Mütəllibov Azərbaycanın siyasi-ictimai həyatında çox ciddi işlərə imza atıb. Hesab edirəm ki, onun o dövrdə Azərbaycan iqtisadiyyatının dirçəlməsində böyük xidmətləri olub. Ölkəmiz məhz onun dövründə BMT-yə üzv olub. Ayaz Mütəllibovun vida mərasimi dövlət səviyyəsində qeyd olunur. Mən bunun üçün dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm”.

Millət vəkili Tahir Kərimli isə bildirib ki, o, Azərbaycanın ilk prezidenti olmuşdu və bu, böyük bir hadisədir: “Onun dövründə Çaykənd əməliyyatı keçirildi. Torpaqlarımızın böyük hissəsi erməni daşnaklarından təmizləndi. 1990-cı ildə mən İsmayıllıdan deputat seçilən zaman Ayaz Mütəllibovun demokratik baxışı olmasaydı, bəlkə də seçilməyimə icazə verilməzdi. Mən onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Yeri cənnət olsun".

Mərasimdə çıxış edən sabiq Prezidentin oğlu Zaur Mütəllibov özü və ailəsi adından Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevaya göstərdikləri diqqətə görə təşəkkür edib.

Sabiq Prezidentin nəvəsi Tahir Mütəllibov isə jurnalistlərə açıqlamasında babasının vəfatı ilə bağlı fikirlərini bölüşüb: “Çox görkəmli və hamını sevən bir insan idi. Bizim üçün çox böyük bir itkidir. Son dövrlərdə siyasət haqqında söhbətlərimiz olurdu. Sonuncu dəfə 1 ay bundan əvvəl danışmışdıq. Son vaxtlar vəziyyəti ağır idi, danışmaqda çətinlik çəkirdi.

**13:47

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovla vida mərasimi başlayıb.

Mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilir.

Vida mərasimində sabiq Prezidentin yaxınları, ailə üzvləri, deputatlar Vahid Əhmədov, Tahir Kərimli, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adından Sabiq Prezident Ayaz Mütəllibovun vəfatı ilə əlaqədar əklil göndərilib.
Qeyd edək ki, A. Mütəllibov dünən axşam saatlarında dünyasını dəyişib.

Ayaz Mütəllibov dəfn olunub - FOTO  - VİDEO  - YENİLƏNİB 2

Ayaz Mütəllibovla vida mərasimi

Ayaz Mütəllibovla vida mərasimi

Ayaz Mütəllibovla vida mərasimi

Ayaz Mütəllibovla vida mərasimi

Ayaz Mütəllibovla vida mərasimi

Ayaz Mütəllibovla vida mərasimi

Ayaz Mütəllibovla vida mərasimi

Ayaz Mütəllibovla vida mərasimi

Ayaz Mütəllibov dəfn olunub - FOTO  - VİDEO  - YENİLƏNİB 2

Ayaz Mütəllibov dəfn olunub - FOTO  - VİDEO  - YENİLƏNİB 2






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.