Kremldən Dövlət Duması üzvünün Azərbaycan barədə təxribatçı çıxışına reaksiya – PESKOV DELYAGİNİ BAKI İLƏ BAĞLI QEYRİ-DOST BƏYANATLARDAN ÇƏKİNMƏYƏ ÇAĞIRDI
"Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanının neft sənayesini vurmaqla bağlı açıqlaması Moskvanın xəttinə uyğun deyil”.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına münasibət bildirərkən deyib. 
 
O, Delyagini emosiyalarına hakim olmağa və Azərbaycanla bağlı qeyri-dost bəyanatlar verməməyə çağırıb.
 
“Bu bəyanat heç bir halda Rusiya Federasiyasının rəsmi xəttinə uyğun gəlmir və uyğunlaşa da bilməz, daha doğrusu, şəxsi emosiyalar müstəvisində yatan bəyanatdır. Təbii ki, biz bu emosiyaları cilovlamağa və xüsusilə tərəfdaşlarımıza münasibətdə bu cür ifadələrdən çəkinməyə çağırardıq. Azərbaycan tərəfdaş ölkələr kateqoriyasına aiddir, hətta Rusiyanın Qarabağ bölgəsində sülhün qorunması və bütün tərəflərin bütün müvafiq öhdəliklərinin yerinə yetirilməsi üçün çox enerjili səylər göstərdiyi bir şəraitdə”, - Peskov vurğulayıb.
 
Xatırladaq ki, rusiyalı deputat  “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Qarabağda vəziyyətin gərginləşməsi fonunda Azərbaycanın neft infrastrukturuna zərbələrin endirilməsi ilə bağlı şizofren çağırış edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.