MADLEN OLBRAYTIN PUTİN HAQQINDA SON KÖŞƏ YAZISI VƏ... ÖLÜMÜ
NURƏDDİN ƏDİLOĞLU YAZIR
Ölümündən  bir ay əvvəl   xanım  Olbrayt “The New York Times” qəzetində   özünün  köşə yazısında  Kremlin Ukraynadakı  “hərbi əməliyyatına”  kəskin tənqidi münasibətini bildirərək münaqişənin Rusiya və  onun  lideri üçün təhlükəli sonluqla nəticələnəcəyini qeyd edibmiş.  Həmin yazıda Ukrayna barədə  “susqunluğuna”  və   oradakı  “nasizmi” görmədiyinə görə 85 yaşında  xərçəngdən vəfat etmiş  Olbraytın ruhunu  “qınayan”   rus  politoloqu və  jurnalisti   Georgi  Bovt  isə dünən (28.03.22) “Qazeta.ru”  internet nəşrində  dərc etdirdiyi yazının sərlövhəsinə “Siyasətdə   “cəhənnəm əntəri olurmu?” fikrini  də əlavə edib. 
 
Xatırladım ki, G.Bovt  həm də  “Putindən sonra həyat varmı” (“Есть ли жизнь после Путина” M, 2015)  kitabının müəllifidir. Onun “Qazeta.ru”da  Madlen Olbrayt  haqqında yazısının “sərlövhəsinə” gələndə, qeyd edim ki,  vaxtilə  SSRİ-nin ən qatı düşməni olan,  amma onunla hərbi ittifaq bağlamağa məcbur qalan U. Çörçill də Stalini  “cəhənnəm əntəri” adlandırmışdı. Qeorgi  Bovt yazır ki, Madlen Olbrayt o syasətçilərdən idi ki, ona Rusiyada çoxu nifrət edirdi. Qəribə olsa da, müəllif Yevgeni Primakovun  Olbrayta  dərin hörmət hissi bəsləməsinə təəccübünü də gizlətmir.    Siyasət aləmində həmişə  opponentlərini və  düşmənlərini “cəhənnəm əntəri”  hesab edənlər   G.Bovtın təbirincə  desək,  özləri  barədə heç də  belə   düşünmürlər. Onlar öz xalqının və ya bəşəriyyətin  rifahı naminə   çalışdıqlarına əminliklə  inanırlar: “Bütün zamanların və xalqların siyasətçiləri  həmişə    istəyirlər ki, yaxşı olsunlar – bu aksiomadır”. 
 
Müəllif qeyd edir ki, Olbraytın dünyagörüşünə  onun mənsub olduğu  yəhudi ailəsinin  iki dəfə qaçqın  düşməsi həlledici təsirini göstərib.  Əvvəlcə ailəsi  alman nasistlərindən qaçıb.  O zaman Olbraytın atası  Çexoslavakiyanın  Belqradda   səfiri işləyirdi. Müharibədən sonra   isə  ailə yeni  kommunist rejimi qurulan Çexoslavakiyanı tərk etməyə məcbur olub.  Bu dəfə də atasının xaricdə  diplomatik  fəaliyyəti   ailəsinin köməyə çatıb.   Yuqoslaviyanın səfiri işləyən   atası  ABŞ-dan siyasi sığınacaq istəyib... 
 
Qacqın ailəsindən olan  Madlen  (bu ad   ona   hələ Çexoslvakiyada təhsil aldığı  özəl İçveçrə məktəbində verilmişdi)  ABŞ Dövlət Departamentinin ilk  qadın rəhbəri oldu. Buna qədər isə  ABŞ-ın   BMT-də daimi  nümayəndəsi  vəzifəsində çalışmışdı.  Uşaqlıq   çağlarından  çex dilindən başqa fransız, polyak və rus dillərində danışırdı.   Bovt  “soyuq müharibə” zamanı  ölkəsində yaranmış  bir deyimi   məsəl çəkib göstərir ki,  əgər  rəqib rus dilində ölkənin siyasətçilərindən  yaxşı danışırsa, demək,  ondan   bəla da gözlə: “Burada Puşkini   originaldan oxumaq bacarığı  xilas etmir”.
 
Obama dövründə Olbraytın  Rusiya   ilə “gərginliyə” dəstək verdiyini   bildirən  müəllif  qeyd edir ki,  o – yəni   Olbrayt  üstəlik Putinə  skeptikcə-neqativ münasibət  bəslədi... 
 
Təbii ki,  müəllif bunun səbəbini bəlkə də haqlı olaraq  Madlenin  “zədələnmiş uşağlığında”  görür. Və   eyni zamanda onunla bağlı  maraqlı  bir  məqamı xatırladır.  Çexiya prezidenti  V.Qavel 2003-ci ildən sonra öz  postunu  Olbrayta təklif edərkən  o, minnətdarlığını bildirərək imtina etmişdi.  Müəllif yazır: “Maraqlıdır: əgər razılıq  versəydi,  onda bizm çexlərlə  münasibətlərimiz  o zaman   zibilə  çevrilcəkdi, yoxsa əksinə, hər iki tərəf  məsələyə daha  sağlam düşüncə ilə, konstruktiv yanaşacaqdı?”.
 
Madlen Olbrayt barədə,  insan taleyinə   siyasətçi  laqeydliyinə aid  faktı   misal gətirərək  Bovt yazır ki, sanksiyalar  ucbatından  dərman çatışmazlığından  İraqda ölən uşaqlar barədə  suala   cavab verərkən  o, (yəni Olbrayt) demişdi: “Buna  dəyərdi”.
 
“Məsələ belə  olmuşdu. Teleaparıcı Lesli Ştal  CBS-in “60 qəqiqə” verilişində ona  belə sual verir: “Biz eşitmişik ki,  İraqda   yarım milyon uşaq ölüb. Bu,   Xirosimada ölən uşaqlardan çoxdur. Siz düşünürsünüz ki,  bu sanksiyaların qiyməti  məqbuldur?”.  Olbrayt aydın cavab verir: “Bəli”.  Sonra o   buna təəssüf etmiş və  Ştalın sualının  İraq  təbliğatına uyğun  ruhda   verildiyini bildirmişdi”. 2020-ci ildə isə o, müsahibələrinin birində  peşmançılıq hissi ilə həmin  cavabını    “axmaqlıq”  adlandırmışdı”, - deyə  G. Bovt xatırladıb. Müəllif  ABŞ-ın bir çox  ölkələrdə (Somali, Ruanda) törətdiyi “soyqırım” faktlarına münasibət bildirir və sonda  Madlen Olbraytın ölümü  ilə  Anatoli  Çubaysın   istefa verib  ölkədən  getməsində rəmzi oxşarlıq  olduğunu vurğulayır... 

Nurəddin Ədiloğlu (29.03.22)





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.