Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəçək.Senzor.az bildirir ki, qurumun saytında yerləşdirilmiş məlumatda belə deyilir.
Qeyd olunub ki, tərəflərin həmin gün birgə görüşü nəzərdə tutulub.
Görüş barədə digər məlumat açıqlanmayıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin Şarl Mişellə ilk birgə görüşü ötən il dekabrın 14-də olub.