Naxçıvanda məktəbin uçması nəticəsində ölənlərin sayı 4-ə çatdı - RƏSMİ
YENİLƏNİB
Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-ə çatıb.
 
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsi, 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 
Vurğulanıb ki, axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb.
 
Həlak olan şəxslər:
 
2000-ci il təvəllüdlü Qadir Süleymanov,
 
1972-ci il təvəllüdlü Həsən Əliyev,
 
1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov,
 
1988-ci il təvəllüdlü Asəf Rüstəmov.
 
Xəsarət alan şəxs:
 
1996-cı il təvəllüdlü Alı Əliyev.
 
"Hazırda Babək Rayon Prokurorluğunda araşdırma davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.
 
**16:26

Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm qəsəbəsindəki 3 saylı tam orta məktəb uçub.
 
Senzor.az bildirir ki, Baş Prokurorluğun Mətbuat Xidməti bununla bağlı məlumat yayıb.
 
Məlumatda deyilir: "Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 
Hazırda Babək Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətlər icra edilir.
 
Araşdırmanın gedişatı barədə əlavə məlumat veriləcəkdir".
 
"Eyni zamanda, bəzi media səhifələrində qeyd edilən məktəbdə bədbəxt hadisə nəticəsində 20-dən çox şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların yayılmaması bir daha xahiş olunur", - məlumatda qeyd edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.