Paşinyanın siyasi qərarı olub: "Heç kim Qarabağa getməsin" – İRƏVANDAN GƏLƏN DEPUTATLAR İSƏ DAŞA BASILDI

Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasından Xankəndinə səfərə gələn bir qrup deputat yerli sakinlərin “qonaqpərvərliyi” ilə üzləşib.


“Qraparak” qəzetinin məlumatına görə, ölən erməni əsgərlərinin valideynlərinin bir qrupu daş parçaları ilə silahlanaraq, deputatların qaldığı mehmanxanaya daxil olub və millət vəkillərinə hücum çəkiblər. Onlar deputatların Qarabağa gəlməyə haqları çatmadığını bəyan ediblər.
 
Daha sonra əsgər yaxınları deputatların hərbçilərin basdırıldığı qəbiristanlığı ziyarət etmələrinin qarşısını alıblar. Hərçənd, sonradan “qonaqlar” gücləndirilmiş mühafizə və yerli hakimiyyət orqanları nümayəndələrinin müşayiəti ilə nəzərdə tutulmuş ziyarəti gerçəkləşdiriblər.
 
"Radio Azatutyun" isə Ermənistan hökumətinin heç bir üzvünün Qarabağa getmədiyini bildirib. 
Hökumət aparatının mətbuat xidməti şəxsən Nikol Paşinyanın Qarabağa getməməsini onun 31 avqustdan bəri üç günlük məzuniyyətdə olması ilə əsaslandırıb.
 
Hökumətin iclasından sonra yüksək texnologiyalı sənaye naziri Vahaqn Xaçatryan isə Paşinyanın Qarabağa getməmək qərarının siyasi olduğunu bildirib: "Siyasi bir qərar verilib, başqa bir şey axtarmayın".
 
Hökumət üzvü bu siyasi qərarın səbəbinin nə olduğunu izah etməyib.
Qeyd edək ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra Paşinyanın Qarabağda olmayıb.
 
"Şərəfim var" fraksiyasının üzvü Tiqran Abramyanın fikrincə isə, Qarabağda Ermənistanın yüksək vəzifəli rəsmilərinin olmaması "hakimiyyətin Azərbaycanın diktə etdiyi oyun qaydalarını qəbul etməsi" deməkdir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.