Eynulla Fətullayev “Virtualaz.org” və “Azeri Daily” saytlarını bağladı - TƏDRİCƏN “HAQQIN.AZ” DA AZƏRBAYCAN BAZARINI TƏRK EDƏCƏK
Tanınmış jurnalist Eynulla Fətullayev rəhbəri olduğu iki saytın bağlanmasına qərar verib.
 
Senzor.az bildirir ki, Azərbaycan dilli “Virtual Azərbaycan” və ingilis dilli “Azeri Daily” saytları fəaliyyətini dayandırıb.
 
E.Fətullayevin sözlərinə görə, bu addım rusdilli haqqin.az saytının regional postsovet nəşrinə çevrilməsi ilə bağlı strateji qərarla əlaqədardır: “Tədricən, regional gündəm milli gündəmi sıxışdırır. Biz regionumuzda çox böyük dəyişikliklər ərəfəsindəyik. Bundan əlavə, regionda gedən dinamik proseslərin işıqlandırılması oxucu kütləsinin daha çox marağına səbəb olur. Eyni zamanda, xüsusilə qeyd etməliyəm ki, haqqin.az-ın oxucu kütləsinin təxminən yarısını xaricdəki internet istifadəçiləri təşkil edir. Və biz postsovet məkanında informasiya təsirimizi və mövcudluğumuzu gücləndirmək niyyətindəyik. Yeni strategiyaya əsaslanaraq, biz öz potensialımızı və maliyyə resurslarımızı haqqin.az saytının rusdilli seqmentinin gücləndirilməsinə və inkişafına yönəltmək qərarına gəldik. Qənaət digər ölkələrdə yeni müəlliflər və əməkdaşlar cəlb etmək üçün istifadə olunacaq. Yeni veb-sayt konsepsiyası üzərində işlərə başlanılıb. Biz tədricən Azərbaycan bazarından çəkiləcəyik”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.