“Taliban” Çinə əsas beynəlxalq tərəfdaş kimi baxır.
Trend-in verdiyi məlumata görə, bunu hərəkatın nümayəndəsi Zabiullah Mücahid deyib.
"Çin bizim əsas tərəfdaşımızdır, bizim üçün əsas və müstəsna bir fürsətdir, çünki ölkəmizə sərmayə qoymağa və yenidənqurma işlərini aparmağa hazırdır", - deyə Mücahid İtaliyanın nüfuzlu "La Repubblica" qəzetinə müsahibəsində bildirib.
Mücahid Pekin tərəfindən həyata keçirilən "qədim İpək Yolunun dirçəlməsinə xidmət edəcək" proqramı yüksək qiymətləndirib.
O, həmçinin Çinin Əfqanıstanda mədən sənayesinin bərpasına kömək edəcəyinə ümid etdiyini bildirib.
Zabiullah Mücahid vurğulayıb: "Çin bizim dünya bazarlarına buraxılış vəsiqəmizdir".