Eldar Həsənovun işi: məhkəmə baxışı sentyabrın 9-na təyin edildi - YENİLƏNİB, FOTO

Sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda cinayət işi baxışa verilib.
 
Məhkəmə baxışı sentyabrın 9-na təyin edilib.
 
**13:14

Azərbaycanın həbsdə olan keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
 
Əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra vəkillər zalın dəyişdirilməsi, prosesin daha böyük zalda keçirilməsini istəyiblər. Eldar Həsənov vəsatətə etiraz etməyib. Vəsatətə növbəti iclasda baxılması qərara alınıb.
 
Vəkillər Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda oturdulması barədə də vəsatət veriblər. Dövlət ittihamçısı vəsatətə etiraz etməyərək bunu məhkəmənin qərarına buraxıb, lakin məhkəmə hazırkı prosesdə vəsatəti təmin etməyib.
 
Prosesin davamında təqsirləndirilən şəxsin vəkili Cəlil Mirzəyev bildirib ki, müdafiə etdiyi şəxsin istintaq zamanı hüquqları pozulub, ittiham aktı prosessual tələblərə uyğun tərtib edilməyib, tanış etmə hüququ pozulub. O, işin yenidən istintaqa qaytarılmasını və məhkəmə işinə xitam verilməsini, baxış iclasının keçirilməməsini xahiş edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.