Aprelin 6-sı 75 yaşında dünyasını dəyişən Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski ilə vida mərasimi keçirilir.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, vida mərasimi İttifaqlar Evinin Sütunlu salonunda keçirilir. Onun Moskva vaxtı ilə saat 13:00-dək (Bakı vaxtı ilə saat 14:00-dək) başa çatdırılması planlaşdırılır.
Rusiya Prezidenti Vladimir Putin də mərasimə qatılıb.
Xatırladaq ki, Jirinovski Novodeviçye qəbiristanlığında dəfn olunacaq.