Ukraynanın Mariupol şəhərində gedən döyüşlər zamanı Rafael Ağayev adlı daha bir azərbaycanlı həlak olub.Obozrevatel.com bildirir ki, R.Ağayevin həlak olması xəbərini dostu Leonid Ostalsev verib.
“Rafael Ağayev Ukrayna dəniz piyadalarının tərkibində Mariupolu müdafiə edərkən qəhrəmancasına həlak olub”, - deyə Ostalsev qeyd edib.
Ostalsev mərhumun pizza restoranının sahibi olduğunu da bildirib.
Qeyd edək ki, bundan əvvəl Kiyev uğrunda gedən döyüşlərdə daha bir azərbaycanlı - snayper Elnur Həsənov həlak olmuşdu.