Böyük Britaniya Baş nazirinin ofisi Boris Consonun Kiyevə səfəri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü barədə məlumat yayıb.Qeyd olunub ki, tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.
“Baş nazir Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək bu ölkəyə səfər edib. O, Zelenski ilə Ukraynaya uzunmüddətli dəstəyi müzakirə edib. Britaniya, həmçinin yeni maliyyə və hərbi yardım paketini təqdim edəcək”, - Consonun sözçüsü bildirib.
Bir gün əvvəl Londonda Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında Conson bildirmişdi ki, Böyük Britaniya Ukraynaya 100 milyon funt-sterlinq (130 milyon dollar) dəyərində müasir silah və hərbi texnikanın yeni partiyasını göndərəcək.
Onun sözlərinə görə, söhbət yüksək səviyyəli silahlardan, o cümlədən “Starstreak” zenit raketlərindən gedir.
** 18:01
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
UNIAN xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Səfərin əvvəlcədən planlaşdırılmadığı bildirilir.
Qeyd edək ki, Böyük Britaniya Rusiyaya qarşı koalisiyada lider dövlətlərdəndir