Pakistan parlamenti Baş nazirə etimadsızlıq göstərdi - İMRAN XAN İSTEFAYA GETDİ
Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) bazar günü gecə Baş nazir İmran Xana etimadsızlıq göstərib.
 
Yerli KİV bildirir ki, Baş nazir vəzifəsini icra edən İmran Xana etimadsızlığın lehinə 342 deputatdan 174-ü səs verib və bu da onu vəzifədən kənarlaşdırmağa kifayət edib.
 
Beləliklə, İmran Xanın hökuməti istefaya gedib. Yeri gəlmişkən, İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub.
 
İmran Xan isə bildirib ki, müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ dayanır: “Bir neçə ay əvvəl parlament üzvlərindən bir neçəsi ABŞ-ın İslamabaddakı səfirliyinə gedib və onlara Baş nazirə qarşı etimadsızlıq səsverməsinin keçiriləcəyi bildirilib”.
 
“Report” xatırladır ki, Pakistanda siyasi böhran aprelin 3-də müxalifətin 2018-ci ildə hakimiyyətə gələn Xanı ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilməməkdə, həmçinin korrupsiyada ittiham edərək, baş nazirə etimadsızlıq səsverməsi elan etmək cəhdi ilə başlayıb. Baş nazirin məsləhəti ilə Pakistan Prezidenti Arif Alvi vitse-spiker Qasim Surinin belə bir səsvermənin ölkə konstitusiyasına zidd olacağını deməsindən sonra Milli Assambleyanı buraxıb.
 
Lakin cümə axşamı Pakistanın Ali Məhkəməsi Milli Assambleyanın buraxılması və Xana qarşı etimadsızlıq səsverməsinin ləğvi barədə qərarı konstitusiyaya zidd hesab edib. Məhkəmə parlamentin aşağı palatasının işinin bərpasını və sözügedən səsvermənin aprelin 9-da keçirilməsini istəyib. Bu da nəticəsi...





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.