"Caliber": Rusiya MN sülhməramlılara ermənilərin tərksilah edilməsi əmrini niyə vermir? - VİDEO

Nə qədər ki, Rusiyanın Azərbaycanın Qarabağ regionunda hərbi mövcudluğu (hətta müvəqqəti olsa da) davam edir, Azərbaycan cəmiyyətinin Rusiyaya, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə (MN) və onun sülhməramlı kontingentinə ünvanlanan sualları artır.
 
Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yayımlanan yeni təhlilində qeyd olunub.
 
Təhlildə layihə müəllifləri Rusiya Müdafiə Nazirliyi tərəfindən sülhməramlılara hələ də Qarabağdakı erməni birləşmələrinin tərksilah edilməsi barədə əmr verilməməsinə xüsusilə diqqət çəkiblər.
 
“Caliber” həmçinin maraqlı bir faktı ortaya çıxarıb: “Rusiya MN-də hesab edirlər ki, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ regionunda deyil, “Dağlıq Qarabağ Respublikasında” dislokasiya olunub. Düşünürsünüz ki, mübaliğə edirik? Əsla. Caliber.Az redaksiyasının sərəncamına satınalmalar üzrə vahid informasiya sisteminin saytından bir sənəd keçib. Bu sənədə əsasən, cari ilin avqustun 13-də Rusiya Müdafiə Nazirliyi “Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fonduna kompleks qulluğun təşkili və aparılması xidmətlərinin göstərilməsi”nə ərizə təqdim edib”.
 
Ətraflı videoda:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.