Pakistan paytaxtında on minlərlə insan İmran Xana görə küçələrə axışdı
VİDEO
Hazırda Pakistanın paytaxtı İslamabadda artıq istefaya göndərilmiş Baş nazir İmran Xanın on minlərlə tərəfdarı ona dəstək mitinqi keçirir.
 
Senzor.az bildirir ki, Pakistan mediası bununla bağlı görüntülər paylaşıb.
 
İmran Xan özü isə ona qarşı edilənləri hökumət çevriliş kimi dəyərləndirərək bu prosesdə iştirak etmiş xarici güclərlə mübarizəyə başladığını bəyan edib.
 
İmran Xan qeyd edib ki, 1947-ci ildən müstəqil dövlət olan Pakistan hazırda xarici güclərin həyata keçirdiyi planın qurbanına çevrilib.
 
“Bu gün xarici qüvvələrə qarşı azadlıq mübarizəsi yenidən başlayır”, - İmran Xan bildirib.
 
Xatırladaq ki, Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) ötən gecə Baş nazir İmran Xana etimadsızlıq göstərib. 
342 deputatdan 174-ü etimadsızlığın lehinə səs verib ki, bu da onu vəzifədən kənarlaşdırmağa kifayət edib.
 
Beləliklə, İmran Xanın hökuməti istefaya gedib. Yeri gəlmişkən, İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub.











Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.