Elman Rüstəmovun yerinə gətirilən Taleh Kazımov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib. 
 
Senzor. az xatırladır ki, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.
 
Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizəd olan Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub.
 
Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin bakalavr pilləsini bitirib, daha sonra Azərbaycan Dövlət Neft Akademiyasında MBA dərəcəsi və Georgia State University-də kommersiya üzrə dərəcə alıb.
 
2013 ildə T.Kazımov London Business School (Böyük Britaniya) və Harvard Business School (ABŞ) məzunu olub.
 
Peşəkar fəaliyyətə 2001-ci ildən başlayıb. 2004-cü ildən 2006-cı ilədək davam edən dövrdə “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi, İdarəetmə uçotu və büdcə planlaşdırılması istiqamətinin rəhbəri, Korporativ kreditləşmə istiqamətinin direktor müavini vəzifələrində işləyib. 09.2006-cı ildən 01.2007-ci ilədək “Ernst & Young” şirkətində auditor vəzifəsini tutub. 01.2007-ci ildən 07.2007-ci ilədək “FinEko” İAA-nın Baş direktoru olub.
 
Taleh Kazımov 07.2007-ci ildən “PAŞA Bank”da Risklərin İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə başlayıb, 2009-ci ilin avqustundan isə Bankın Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini tutub.
 
7 dekabr 2011-ci ildən “PAŞA Bank”ın İdarə Heyətinin üzvü seçilib.
 
O, 1 iyul 2015-ci ildə  "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.
 
 
Elman Rüstəmovun gedişindən sonra Azərbaycanın baş bankiri postuna Taleh Kazımovun gətiriləcəyi gözlənilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.