“Putinlə mübahisəmiz yarandı, fırtına baş verəcək!”
AVSTRİYA KANSLERİ MOSKVA GÖRÜŞÜNDƏN DANIŞDI
Avstriya Kansleri Karl Nehammer Rusiya Prezidenti Vladimir Putinlə görüş təəssüratlarından danışıb.
 
Senzor.az bildirir ki, bu barədə “Kurier” nəşri yazıb.
 
Nehammerin sözlərinə görə, bu, dostluq səfəri olmayıb, o, Putinin gözünün içinə baxmaq və Buçada gördüklərini danışmaq istəyib: “Mən Ukraynadan təzə gəlmişdim və ölçüyəgəlməz əzabları öz gözlərimlə görmüşdüm”.
 
"Bütövlükdə görüşdən heç bir müsbət təəssürat almadım. Mən pessimistəm. Putin hərbi məntiqə keçib. Bütün əlamətlər fırtınaya işarə edir", - o deyib.
 
Avstriya Kansleri bu qənaətə gəlib ki, Putin beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa inanmır.
 
Kansler qeyd edib ki, görüş zamanı onların arasında mübahisə yaranıb və bu zaman Rusiya Prezidenti Buçada baş verənlərə görə Ukraynanın təqsirkar olmasında təkid edib.
 
K. Nehammer onu da bildirib ki, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq və Ukraynada insanlar öldüyü müddətcə daha da sərtləşdiriləcək.
 
Onun sözlərinə görə, Avropa İttifaqı bu məsələdə həmişəkindən daha çox həmrəydir.
 
Qeyd edək ki, aprelin 11-də Moskvada baş tutan görüş qapalı keçib və 1,5 saat davam edib. Görüşdən sonra mətbuata açıqlama verilməyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.