“Yazıçıya sifarişi Mir Şahin yox, ancaq Allah verə bilər, o kimdir ki?!” – SEYRAN SƏXAVƏTDƏN JURNALİSTƏ SƏRT REAKSİYA
“Mən Mirşahinin yazıçı və rejissorlarla bağlı çıxışına baxdım və heç bunu ondan gözləmirdim. Ümumiyyətlə, Mir Şahinə demək istəyirəm ki, sən də məlumsan, biz də məlumuq. Jurnalistika da məlumdur, yazıçılıq da məlumdur. Sən nə ortada atlanıb düşürsən? Sən kimsən ki, yazıçıları ittiham edirsən? Bu bəyəm plandı, kolxozdu? Məndən olsa, Mir Şahin öz işiylə məşğul olsun”
 
Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət jurnalist Mirşahin Ağayevin qələm sahiblərini 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə haqda əsər yazmamaqda ittiham etməsinə münasbət bildirərkən deyib. 
 
Seyran Səxavət deyib ki, yazıçının heç kimə belə bir borcu yoxdur: “Yazıçıların da heç kəsin qarşısında belə bir borcu yoxdur. Bilmirəm o, nə məqsədlə belə qızışıb ağzı köpüklənə-köpüklənə danışır. Lev Tolstoyun vaxtında onun öz Mir Şahini yox idi ona desin ki, Lyoşa, yəni Lev, əsər yaz! Belə bir şey var ki, deyir valideynləri seçmirlər, bir də görürsən ki, valideynin nazirdi, traktoristdir, hesabdardır. Bir də belə şeylər sifarişlə yaranmır, sən kimsən ki, sifariş verirsən? Sən yazıçıya sifariş verə bilərsən? Yazıçıya sifarişi ancaq Allah verə bilər. 
 
İşi-gücü qurtarıb, niyə gedib öz işiylə məşğul olmur? Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, M.F.Axundov, M.Ə.Sabir, B.Vahabzadə bunlar bəyəm Mir Şahinin sifarişiylə yazıblar? O  kimdir ki, mənə dərs verir, getsin öz işiylə məşğul olsun. Onun yazılan əsərlərdən xəbəri yoxdur, oxumur. Qarabağ haqqında kifayət qədər əsərlər yazılıb. Elə müharibə bitən kimi əsər yazılmalıdır? Yox! Kim bunu deyirsə, aşağıdan-yuxarı başının razmerindən böyük səhv edir, Mir Şahin kimi”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.