Sülhməramlılar Ermənistan parlamentinin deputatlarını Qarabağa buraxmadılar - FOTO
Ermənistan parlamentinin müxalifətçi deputatları Azərbaycan ərazisinə buraxılmayıblar. 
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə parlamentin vitse-spikeri İşxan Saqatelyan məlumat verib.
O qeyd edib ki, Dağlıq Qarabağa keçmək arzuları ürəklərində qalıb.
 
İ.Saqatelyan iddia edib ki, məlum radikal deputatların Qarabağ bölgəsinə getməklə bağlı bəyanatlarından sonra siyasətçilərin adları Laçın dəhlizindəki nəzarət buraxılış məntəqəsində duran hərbçilərə təqdim edilib.
 
"Hayastan" fraksiyasının üzvü Artur Qazinyan isə üzləşdikləri problemi şərh edərək gileylənib ki, Ermənistanın müasir tarixində ilk dəfə olaraq Milli Assambleyanın deputatlarına Qarabağ bölgəsinə giriş qadağan edilib.
 
“Azərbaycan tərəfi Qarabağa gedən deputatların tam siyahısını əldə edərək Rusiya sülhməramlı qüvvələrinin operativ qərargahına təhvil verib. Bakı onların Xankəndiyə daxil olmasına qadağa qoyulmasını tələb edib”, - Kazinyan deyib. Xatırladaq ki, bu gün Ermənistan parlamentində Azərbaycana qarşı təxribat törədilib. Müxalif “Hayastan” və “Şərəfim var” fraksiyalarının deputatları parlamentin iclas zalını tərk edərkən keçmiş separatçı rejimin "bayraq"larını masalarının üzərinə qoyublar. Onlar növbəti iclasları boykot edəcəklərini və Qarabağa, Ermənistanın sərhədyanı rayonlarına gedəcəklərini bəyan ediblər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.