Paşinyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır
“İRƏVAN BAKI İLƏ TEZLİKLƏ SÜLH SAZİŞİ BAĞLAMALIDIR”
Ermənistan hökuməti hesab edir ki, İrəvan və Bakı tezliklə sülh sazişi bağlamalıdır.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. 
 
Onun sözlərinə görə , Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
 
“Azərbaycanla sülh sazişinin tezliklə bağlanması Ermənistanın gündəmindədir. Aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir. Təbii ki, bu, bir neçə ayın məsələsi deyil. Amma hər iki ölkə sərhədlərin delimitasiya və demarkasiyası prosesinin mümkün qədər tez olmasında maraqlıdır. Hələlik konkret vaxtdan danışmaq tezdir. Proses başlayanda bir çox məqamlar daha aydın olacaq".
 
Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası prosesi, respublikanın baş nazirinin fikrincə, yaxın vaxtlarda mümkün qədər tez həyata keçirilməlidir.
 
Hökumət başçısı, həmçinin Azərbaycanla danışıqlar üzrə strategiyasını açıqlayıb: “Bizim strategiyamız sərhəd məsələsində Azərbaycanın rəsmi mövqeyini öyrənmək və Ermənistanın həmin məsələ ilə bağlı rəsmi mövqeyini müəyyənləşdirməkdir. Mövqeyimizdə mümkün qədər legitim olmaq üçün sərhədləri dəqiqləşdirərkən yalnız hüquqi əsası olan faktlardan və arqumentlərdən istifadə edəcəyik. Beynəxalaq ictimaiyyətin bu legitimliyi tanıması və Azərbaycanla razılığın əldə edilməsi bizim strategiyamızdır”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.