Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmova yeni vəzifə verilib.Senzor.az-ın məlumatına görə, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.
Xatırladaq ki, ötən gün Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən azad olunub.
E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi. Bu il onun 70 yaşı tamam olacaq