ABŞ Azərbaycana və Ermənistana sülhə nail olmağa kömək etməyə hazırdır
DÖVLƏT DEPARTAMENTİ
“Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq qalırıq”.
 
Senzor.az bildirir ki, bunu ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
 
“Biz Ermənistanın baş naziri Nikol Paşinyan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında aprelin 6-da Brüsseldə keçirilən görüşü, o cümlədən sülh danışıqlarına hazırlığın müsbət dinamikasını və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını alqışlayırıq. ABŞ dövlət katibi Entoni Blinkenin bir gün əvvəl, aprelin 5-də hər iki liderlə danışıqları zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarını təşviq etməyə davam edirik. Dövlət katibi bir daha təsdiqləyib ki, ABŞ uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi ikitərəfli əməkdaşlıq etməyə hazırdır", - deyə diplomat bildirib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.