Belarus Prezidenti Aleksandr Lukaşenko Xatın dövlət memorial kompleksinə səfəri zamanı diqqət çəkən açıqlama verib. Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident bir gün cəmiyyətə Qərb diplomatlarının Belarusdakı gizli fəaliyyəti barədə məlumat verəcəyini bəyan edib.
Lukaşenko qeyd ki, Qərb diplomatlarının onun ölkəsindəki fəaliyyəti faşizmə bənzəyir.
“Bir gün mən bunu edəcəm. Biz sənədləşdirilmiş hər şeyi ümumiləşdirəcəyik və sizə onların burada nə etdiklərini deyəcəyik. Dəhşətə gələcəksiniz. Onların Belarusda etdikləri faşizmə bənzəyir”, - Prezident vurğulayıb.