Millət vəkili Fazil Mustafanın Azərbaycan parlamentindəki son çıxışı Ermənistanda hadisəyə çevrilib.Bu barədə musavat.com xəbər yayıb.
Sayt qeyd edir ki, indi sizə təqdim etdiyimiz bu çıxışı Ermənistanın demək olar ki, bütün KİV -ləri tərcümə və şərhlərlə yayıblar.
Öncə Fazil Mustafanın çıxışından 3 sitatı oxuyaraq, videonun baxışına keçə bilərsiz:
- "Bu gün Azərbaycanda ən riskli iş təşəbbüslə çıxış etməkdir. Yuxarıda hakimiyyətdən, aşağıda qaragüruhdan çəkinmə nəticəsində, heç kim təşəbbüs irəli sürmür";
- "200 ildə ilk dəfə bir Ermənistan rəhbəri tapılıb ki, rəsmi şəkildə etiraf edir: "Qarabağ Azərbaycanın torpağıdır, biz Türkiyə və Azərbaycanla münasibət qurmasaq, Ermənistanın gələcəyi yoxdur"";
-"Ermənistan cəmiyyəti ilə birə- bir münasibətlər qurmalı, biz qalib tərəf olaraq, təşəbbüslərlə çıxış etməliyik, bərabər forumlar keçirməliyik...".