“Dünya sənin nəyindir ki?!” ətrafında qalmaqal - AKİF SƏMƏDİN MƏŞHUR MİSRALARI PLAGİAT POLEMİKASINA SƏBƏB OLDU

Bu günlər sosial media həm də yeni ədəbi plagiat şübhəsi və bu əsasda yaranan polemika ilə çalxalanır. Bir neçə gün öncə “Şərq” qəzetinin baş redaktoru, tanınmış tədqiqatçı və publisist Akif Aşırlı müğənni Çinarə Məlikzadənin ifasında “Dünya” adlı mahnını özünün sosial şəbəkə hesabında paylaşaraq qeyd edib ki, mahnının sözləri mərhum şair Akif Səmədin “Dünya sənin nəyindir ki?” şeirinin improvizasiyasıdır. Halbuki mahnı mətninin müəllifi kimi orada Şəmil Sadiq imzası qeyd olunub. Nəticədə, belə təsəvvür yaranır ki, Akif Səmədin həmin şeirinin ən mühüm və məşhur misraları burada eynilə verilsə də, mahnının sözləri Şəmil Sadiqindir. 
 
Akif Aşırlı 525.az-a bildirib ki, bu misralar Akif Səmədin haqqıdır: “Bəzən şeir bircə misrasından yadda qalır, sevilir. Şəmil Sadiqin müəllifi olduğu şeirdə əsas şah misralar, təkrar olunan ən önəmli ifadələr Akif Səmədə məxsusdur. Bu haqqı heç kəs Akif Səmədin əlindən ala bilməz. İmkan, geniş əlaqələr bir müddət haqdan önə keçə bilər, amma sonda haqq öz yerini tutar”.
 
Akif Səmədin oğlu gənc şair Ulucay Akif atasının şeirindəki “Dünya sənin nəyindir ki?”, “Atan deyil, anan deyil” misralarının Şəmil Sadiqin sözügedən şeirində eynilə yer aldığını önə çəkərək, “Feysbuk”da müəllifi sərt şəkildə tənqid edib, onun yazdığını plagiat adlandırıb: “Mən Şəmil Sadiqin yazdığı şeiri keçən il görmüşdüm və bununla bağlı status yazmışdım. Məsələ odur ki, Şəmil Sadiqin həmin şeirindən Akif Səmədin müəllifi olduğu həmin misraları çıxarsaq, yerdə bədii gücə malik misra qalmır. Əslində, Şəmil Sadiqin o şeiri çox zəifdir. Ona görə də Akif Səmədin məşhur misraları hesabına şeirin təsir gücünü artırmağa çalışıb. Sözügedən iki misra isə, Akif Səmədin möhür misralarıdır. Əgər Şəmil Sadiq nəzirə yazdığını qeyd etsə, bu, başadüşüləndir. Halbuki nəzirə yazılanda şeirin əvvəlində bunu qeyd etmək mütləqdir. Hətta açıqlamasında qeyd edib ki, mən bilmirəm, bu şeiri hansımız daha əvvəl yazmışıq. Belə görünür ki, Şəmil Sadiq bu şeiri atamdan əvvəl yazdığını iddia edir. Yəni guya Akif Səmədin ondan plagiat edə biləcəyinə eyham vurur. Bununla özünü daha  da dolaşdırır”. 
 
Ulucay Akif deyir ki, bu misraların təəssübünü çəkib davasını aparmaq son dərəcə vacibdir: “Çünki Akif Səmədin, şeirlərindən başqa, oğurlanası heç nəyi yoxdur. Biz onu qorumalıyıq. Bu gün mən sağam, atamın müəllif hüquqlarını qoruyuram. Belə hallar baş verməsin deyə, bunu hamılıqla qınamalıyıq və hansısa yollarla qarşısını almalıyıq ki, sabah bizim də başımıza gəlməsin, Əgər oğurlanası bir misrası varsa, qoy nə vaxtsa Şəmil Sadiqdən də kimsə oğurlamasın.
 
Çinarənin ifa etdiyi mahnının söz müəllifi kimi Akif Səmədin adının qeyd olunmasına qalanda isə, mən bunun tərəfdarı deyiləm. Çünki Akif Səməd imzasına yaraşmayacaq qədər zəifdir o mahnının mətni. Sadəcə, atamın məşhur misralarının orda verilməsi məni narahat edir”.
 
Öz növbəsində Şəmil Sadiq həm Akif Aşırlının, həm də Ulucayın Akifin statuslarına rəy yazaraq fikirlərini geniş şəkildə ifadə edib. O, 525.az-a ünvanladığı açıqlamasında bildirir ki, həmin şeiri Akif Səmədin yox, Məmməd Arazın təsiri ilə qələmə alıb: “Bu şeiri qardaşım iş tapa bilmədiyi, dünyadan gileyləndiyi vaxtda qələmə almışdım. Mahnını mən də indi görürəm. "Şərq" qəzetinin baş redaktoru, hörmətli Akif Aşırlı isə öz statusunda qeyd edir ki, şeir Akif Səmədindir, sözlər dəyişdirilib. Bir söz adamının bu cür yanaşmasını yanlış hesab edirəm. Birincisi, ara-sıra şeir yazsam da, heç vaxt özümü şair kimi təqdim etməmişəm. Düzünü deyim, Akif bəyin statusundan sonra dəyərli şairimiz Akif Səmədin həmin məşhur şeirini bir də oxudum və beş bəndlik şeirdə bir rədifin "Dünya sənin nəyindir ki", bir də "atan deyil, anan deyil" ifadələrinin üst-üstə düşdüyünü gördüm. Etiraf edim, o şeiri mərhum Xalq şairi Məmməd Arazın "Dünya düzəlmir ki, düzəlmir", "Dünya sənin, dünya mənim..." şeirlərinin təsiri ilə yazmışam. Akif Səmədin sözügedən şeiri nə vaxt qələmə aldığını bilmirəm. Əgər daha əvvəl yazıbsa, şüuraltımda qala da bilər. Bu təbiidir. Bəzən elə bilirsən, bu cümlə sənindir və ya sən deməli idin, səndən öncə kimsə deyib. Bu hiss yaradıcı adamlara yaxşı tanışdır. Akif Səmədin o misrasının da təsiri ola bilər, burada da heç bir problem yoxdur, mənim kiçik şeir yaradıcılığıma qəbahət gətirməz. Bu şeiri Akif Səmədin adına da yazsaq, onun böyük yaradıcılığına hansısa təsir etməz, heç buna ehtiyacı da yoxdur. Amma söz adamlarının bu cür naşı yanaşması ürəkağrıdıcıdır. Lap bu şeiri nəzirə adlandırsaq belə, müəllif kimi nəzirə yazılanın adı qeyd oluna bilməz. Mahnı haqqında isə heç nə deyə bilmərəm, sözlərlə bağlı məndən icazə də alınmayıb. İnternetdə axtardım, məlum oldu ki, Çinarə Məlikzadənin oxuduğu varianda Akif Aşırlının tələbi ilə müəllifin imzası dəyişdirilib".
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.