
Rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Rusiya Müdafiə Nazirliyinin elan etdiyi tenderdə “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədilməsi məsələsini şərh edib.
Senzor.az xatırladır ki, Dövlət satınalmaları saytındakı tenderdə Rusiya sülhməramlılarının “Dağlıq Qarabağ Respublikası”ndakı hərbi şəhərciklərinə xidmətlə bağlı elan yerləşdirilib.
Oleq Kuznetsov deyib: “Əlbəttə, bundan ötrü saç yolmaq, əsəbiləşib qeyzə gəlmək, Rusiya səfirini Azərbaycan XİN-ə çağırıb, yüzlərlə nota təqdim etmək - şifahi, yaxud yazılı – olar. Lakin daha effektiv başqa yol da var.
Təlimat vermək olar ki, yüzlərlə azərbaycanlı sahibkar ən minimal qiymətlərlə bu tenderdə iştirak etsin. Misal üçün, 1 kv.m-i 1 rubla... Bundan sonra Azərbaycan MN rus sülhməramlılarının bütün sirlərini öyrənəcək - alt paltarlarının ölçüsünə qədər...
Rusiyalı məmurların siyasi qeyri-peşəkarlığına (yaxud axmaqlığına) ən kinayəli şəkildə istehza ilə yanaşılmalıdır. Xamlığı və cəhaləti yalnız gülüşlə məhv etmək olar”.