Ərdoğan Putinlə Zelenskini bir araya gətirəcəyinə hələ də ümid edir - “Aİ-yə ÜZVLÜK TÜRKİYƏ ÜÇÜN STRATEJİ HƏDƏF OLARAQ QALIR”
FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında ölkədə görüş təşkil etmək imkanlarına ümid etməkdə davam etdiyini söyləyib.
 
Senzor.az bildirir ki, bu barədə Türkiyə lideri Ankarada iftar mərasimində müxtəlif ölkələrin səfirləri qarşısında çıxış edərkən deyib.
 
“Hər iki tərəf danışıqların İstanbulda davam etdirilməsinin tərəfdarı olduğunu deyir. Mən mütəmadi olaraq cənab Zelenski və cənab Putinlə telefonla danışıram. Qənaətlərimi, qiymətləndirmələrimi və gözləntilərimi birbaşa və səmimi şəkildə bildirirəm. Mən onlara deyirəm ki, bu müharibədə qalib olmayacaq, hamımız, bütün bəşəriyyət uduzacaq. Mən hər fürsətdə iki lideri Türkiyədə bir araya gətirmək istəyimi bildirirəm. Biz işimizi davam etdirəcəyik”, - deyə o vurğulayıb.
 
Onun sözlərinə görə, Türkiyə üzərinə düşən vəzifələri yerinə yetirməyə və böhranlarda konstruktiv rol oynamağa çalışır: “Hazırda Ukrayna böhranında sülhü, sabitliyi, insan həyatını qorumaq ölkəmizin xarici siyasətinin əsas istiqamətini təşkil edir. Biz Ukrayna və Rusiyanın xarici işlər nazirlərinin görüşməsini təmin etdik. Üzbəüz danışıqları davam etdirmək üçün tərəfləri İstanbulda qonaq etdik.
 
Bu danışıqlar sayəsində tərəflər nəzərəçarpacaq irəliləyiş əldə etdilər. Bununla belə, Buçadan gələn görüntülər, mülki insanları hədəf almaq, səylərimizə kölgə salır. Tərəflər arasında onlayn danışıqlar davam edir. Hər iki tərəfin güvəndiyi ölkə olaraq səylərimizi davam etdiririk. İstanbul prosesi hələ də ən etibarlı və ən qısa çıxış yolu kimi əhəmiyyətini qoruyub saxlayır”. Prezident Ərdoğan Ukrayna böhranının həllinin dialoq yolu ilə, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunması əsasında tapılacağına əminliyini ifadə edib. 

R.T.Ərdoğan onu da qeyd edib ki, Türkiyə Avropa İttifaqına daxil olmağı bu gün də özünün strateji hədəfi hesab edir və Aİ-yə tam üzvlük üçün təşkilatdan konkret addımlar gözləyir: “Ukrayna kontekstində baş verən son hadisələr Türkiyənin NATO-dakı əhəmiyyətini açıq şəkildə nümayiş etdirdi. Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Müharibənin qlobal miqyasda mənfi nəticələri Türkiyənin Aİ üçün, xüsusilə də bu sahədə strateji əhəmiyyətini göstərdi. Mən Aİ-nin tamhüquqlu üzvlük perspektivimiz əsasında konkret və mənalı addımlar atacağını gözləyirəm”.
 
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması
 
Dövlət başçısı Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması perspektivlərinə də toxunub. Onun sözlərinə görə, Ankara İrəvanla "münasibətlərin normallaşdırılması prosesini səmimiyyətlə davam etdirir".
 
“Əl-Əqsa” məscidi ətrafında baş verən hadisələr
 
Dövlət başçısı yəhudi fanatiklərinin İsrail polisinin müşayiəti ilə işğal altındakı Şərqi Qüdsdəki “Əl-Əqsa”ya daxil olmasını pisləyib. “Biz “Əl-Əqsa”da nələr edildiyini görürük. Bu, bizim üçün dərin kədər mənbəyidir. Ümid edirəm ki, gələcəkdə belə bir hadisə ilə bir daha qarşılaşmayacağıq”, - deyə Türkiyə Prezidenti bildirib.
 
Balkanlarda vəziyyət
 
Prezident Ərdoğan əlavə edib ki, Ankara Balkanlarda gərginliyin yenidən artmasının qarşısının alınması və bu regionda sabitliyin qorunub saxlanması üçün də səylər göstərir.
 
Terrorla mübarizə
 
Səfirlər qarşısında çıxış edən Prezident  bildirib ki, Türkiyə terror təşkilatlarının maliyyə mənbələrinin kəsilməsində beynəlxalq ictimaiyyətdən güclü dəstək gözləyir.
 
Türkiyədə humanitar fəaliyyətlər
 
Türkiyə lideri Ankaranın beynəlxalq aləmdə humanitar fəaliyyətindən danışıb. Onun sözlərinə görə, son iki ildə Türkiyə 160 ölkəni və 12 beynəlxalq təşkilatı dərmanla təmin edib. O qeyd edib ki, Ankara bu günə qədər koronavirusun yeni növünə qarşı 19 ölkəyə 6,3 milyon doza peyvənd verib.

Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.