Rusiyada miqrantlardan çipli kart almaq tələb olunacaq – BU İLİN SONUNDAN

Bu il dekabrın 29-dan etibarən Rusiya Daxili İşlər Nazirliyi (DİN) əmək miqrantlarına və Rusiya ərazisinə 90 gündən daha artıq müddətə gəlmiş şəxslərə plastik kartlar, o cümlədən üzərində məcburi daktiloskopiya və foto haqqında elektron informasiya daşıyıcısının olduğu kartlar verməyə başlayacaq.
 
“Report” xəbər verir ki, DİN-in layihəsində belə deyilir.
 
Bildirilir ki, lazımi texniki imkanlar olduğu təqdirdə əcnəbilərə elektron daşıyıcılı plastik kartlar təqdim ediləcək, əks halda isə sənəd onsuz rəsmiləşdiriləcək.
 
Elektron daşıyıcılı plastik kartın üz tərəfində xarici ölkə vətəndaşının 30x40 mm ölçülü ağ-qara və rəngli fotosu əks olunacaq. Burada sənədin eyniləşdirmə nömrəsi, şəxsin adı, soyadı və atasının adı, doğum tarixi və cinsi qeyd olunacaq. Arxa tərəfdə isə əcnəbi şəxsin vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar öz əksini tapacaq. Bundan başqa, kartın üzərində sənədin verildiyi şəxs haqqında məlumatların olduğu mikrosxem formalı çip yerləşdiriləcək.
 
Çipdə həmçinin əlin 2 barmağının papilyar naxışlarının elektron təsviri əks olunacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.