BMT Təhlükəsizlik Şurasında veto hüququ məhdudlaşdırıla bilər - BAŞ ASSAMBLEYAYA LAYİHƏ TƏQDİM OLUNDU
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququndan istifadə edərkən bunu əsaslandırmaq öhdəliyi tətbiq oluna bilər.
 
Yeni qaydanı nəzərdə tutan qətnamə layihəsi Lixtenştein tərəfindən, ABŞ da daxil olmaqla 57 ölkənin dəstəyilə dünən Baş Assambleyaya təqdim olunub və aprelin 26-da müzakirə olunacaq.
 
Uzun müddətdir müzakirə olunan bu məsələ Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra daha da aktuallaşıb. Belə ki, Rusiyanın qoyduğu vetolar səbəbilə BMT Nizamnaməsinə əsasən dünyada sülhü qorumaq öhdəliyini daşıyan Təhlükəsizlik Şurasının fəaliyyəti iflic olub.
 
"Report" qeyd edir ki, qətnamə layihəsinə görə, Təhlükəsizlik Şurasının bir və ya daha çox üzvü tərəfindən veto tətbiq edilməsindən sonrakı 10 iş günü ərzində Baş Assambleyanın 193 üzv ölkəsi bu məsələyə dair müzakirəyə və vetoya görə hesabat tələb etməyə çağırıla bilər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.