Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə Mariupolun nəzəratə götürülməsi ilə bağlı raport verib.Senzor.az bildirir ki, müdafiə nazirinin sözlərinə görə, Mariupolun mühasirəsi zamanı orada olan Ukryna hərbçilərinin və əcnəbi muzdluların sayı 8100 nəfər olub.
“Şəhərin azad olunması zamanı onlardan 4 mini öldürüldü, 1478 nəfəri təslim oldu. “Azovstal”da isə 2 mindən çox hərbçi mühasirədə qalıb”, - Şoyqu bildirib.
Vladimir Putin Mariupoldakı "Azovstal" sənaye zonasına hücumun məqsədəuyğun olmadığını bildirib və onu dayandırmağı əmr edib.
"Katakombalara girmək lazım deyil, sənaye zonası "Azovstal"ı elə bağlamaq lazımdır ki, milçək də uça bilməsin", - deyə Rusiya Prezidenti vurğulayıb.
Putin bu qərarını Rusiya hərbçilərinin həyatının qorunub-saxlanması ilə izah edib və təsdiqləyib ki, Mariupolda əsir götürülmüş ukraynalı hərbçilərin hamısına həyat zəmanəti verilir.
Senzor.az