Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edib.Senzor.az bildirir ki, məlumatı TASS yayıb.
Şirkətdən bildiriblər ki, V.Ələkbərov bu gün Direktorlar Şurasının sədrinə istefa ilə bağlı müraciət göndərib: "Səhmlər onun tam nəzarəti altında deyil. Şirkətin səhmlərinin yalnız 3,12 faizi ona məxsusdur və onun səsvermə hüququ yoxdur".
Qeyd edək ki, bir müddət öncə Böyük Britaniya Vahid Ələkbərova qarşı sanksiya tətbiq edib.
“Bloomberg Billionaires Index (BBI)” reytinqinin məlumatına əsasən, cari ilin əvvəlindən 71 yaşlı Vahid Ələkbərovun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.
Onu da xatırladaq ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda, Bakıxanov qəsəbəsində (o vaxtkı Razin) anadan olub.