Kadırov Putinə Zelenskini öldürəcəyinə söz verib - KİYEV KREMLİN MƏXFİ PLANININ DETALLARINI AÇIQLADI
Çeçenistan lideri Ramzan Kadırov Ukraynanın işğalı planlaşdırılarkən Rusiya Prezidenti Vladimir Putinə Volodimir Zelenskini öldürəcəyinə söz verib.

Bunu NV radiosuna müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Ali rəhbərliyimizin məhv edilməsinə gəlincə, planı Kadırov fevralın 3-də Putini ziyarəti zamanı alıb. Bu görüşdə Prezidentimizin öldürülməsi razılaşdırılıb və Çeçenistan rəhbəri bunu onun qrupunun edəcəyini deyərək planı öhdəsinə götürüb”, - deyə Danilov bildirib.
“Fevralın 26-da ölkəmizin ərazisinə daxil olan üç qrup var idi. Onlar paytaxtın mərkəzi məhəlləsinə “yaşıl dəhliz” verilməsi üçün iki gün gözləməli olmuşdular. Biz bu üç qrupun hamısını izləyirdik. Onlardan biri hərbçilərimiz tərəfindən məhv edildi. Bundan sonra iki qrup ərazini tərk etdi. Onlardan biri bu gün Donetsk vilayətində, digəri isə Mariupol şəhərindədir. Lakin onlar ön sıralarda deyillər, tamamilə təhlükəsiz olan üçüncü və ya dördüncü eşelondadırlar”, - deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib.
Xatırladaq ki, bundan əvvəl Aleksey Danilov FTX-dan sızan məlumatlar sayəsində Zelenskiyə sui-qəsdin qarşısının alındığını bildirmişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.