Rusiya təyyarələrini GPS naviqasiya sistemindən ayırmaq istəyirlər
PİLOTLARA XƏBƏRDARLIQ EDİLDİ
“Rosaviasiya” (RF Hava Nəqliyyatı Agentliyi) aviaşirkətlərə GPS sisteminin mümkün bağlanmasına hazırlaşmağı tövsiyə edib.
 

Bu barədə “İzvestiya” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
 
Qeyd olunur ki, “Rosaviasiya” rəisinin müavini Dmitri Yadrov Dövlət Hava Hərəkətinin İdarə Edilməsi Korporasiyasının baş direktoru İqor Moiseyenkoya, eləcə də agentliyin regionlararası ərazi idarələrinin rəhbərlərinə tövsiyə məktubu göndərib.
 
Məktubda qeyd edilib ki, uçuşun planlaşdırılması mərhələsində ekipajlar peyk siqnalı olmadan uçuş və eniş fəaliyyətlərini ənənəvi naviqasiya vasitələrindən istifadə edərək həyata keçirməyə hazır olmalıdırlar.
 
Öz növbəsində, pilotlara nasazlıqlar, GPS və ya əlaqəli avionik rabitələrin pisləşməsi barədə hava nəqliyyatı dispetçerlərinə məlumat verməlidirlər.
 
Bundan əvvəl “Roskosmos”un rəhbəri Dmitri Roqozin bildirmişdi ki, Vaşinqton Rusiyanı GPS naviqasiya sistemindən ayırmaq imkanını nəzərdən keçirir. Eyni zamanda o, əlavə etmişdi ki, bununla bağlı narahat olmağa dəyməz, çünki hər bir smartfon Rusiyanın QLONASS sisteminə qoşulub və bu sistem işləməyə davam edəcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.