Bakıda polis mayoru nişanlısını öldürdü, sonra da intihar etdi
YENİLƏNİB
Bakıda polisin nişanlısını qətlə yetirməsi, daha sonra intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.
 
Senzor.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (intihar həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.
 
Hazırda zəruri istintaq hərəkətləri aparılır.


 “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nişanlısı Günay Cabbarovanı qətlə yetirən Tural Aslanovun rütbəsi mayor olub. O, bir müddətdir Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyirmiş.
 
T.Aslanov daha əvvəl Şamaxı və Qaradağ rayonlarında müstəntiq işləyib.


**13.48
 
Bakıda polis nişanlısını qətlə yetirib, daha sonra intihar edib.
 
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib.
 
Məlumata görə, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.
 
Faktla bağlı araşdırmalar aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.