
Senzor.az-dan ön söz əvəzi: Baş Prokurorluğun bir neçə gün əvvəl quruma ünvanlanan müraciətlərə baxılması qaydaları ilə bağlı yaydığı məlumatdan sonra bu qeydləri təkrar (https://senzor.az/senzor.php?mod=editnews&action=editnews&id=1275)
paylaşırıq.
Baş Prokurorluq həmin məlumatda müraciətlərə baxılması qaydaları ilə bağlı ictimaiyyətə maarifləndirici video və fotolar təqdim edib.
Qeyd olunub ki, ölkəmizdə dövlət qurumları tərəfindən vətəndaşlara layiqli xidmət göstərilməsi, onların qəbulu, müraciətlərinə tam və hərtərəfli baxılması və haqlı tələblərinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlər prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaş məmnunluğunun təmin edilməsi üçün müraciətlərin müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür.
Tədbirlərin davamı olaraq, prokurorluq orqanlarında müraciətlərə baxılması qaydaları ilə bağlı vətəndaşların mütəmadi olaraq maarifləndirilməsinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən izahedici video və fotolar hazırlanaraq ictimailəşdirilir.
Haqqında bəhs etdiyimiz məlumatda təqdim olunan video və fotolarda məhz prokurorluq orqanlarında müraciətlərə baxılması qaydaları ilə bağlı əsas detallar izah olunmuşdu.
O da bildirilmişdi ki, video və fotoları Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləmək olar.
Bunlar hamısı, necə deyərlər, çox əla. Amma biz istərdik ki, Baş Prokurorluqla bağlı yazılı və elektron KİV-də gedən yazılar, eləcə də sosial şəbəkələrdəki qeydlər, irad və təkliflər də diqqətdən kənarda qalmasın. İlk paylaşımımızın müxtəlif səbəblərdən bu mötəbər quruma çatmaya biləcəyi ehtimalını nəzərə alaraq onu ikinci dəfə yayımlamağımız məhz bununla bağlıdır. Ümid edirik ki, bu dostyana iradımız Baş Prokurorluqda gec də olsa nəzərə alınacaq…
11 avqust 2021 10:53 (UTC +04:00)
**


**
Senzor.az-dan son söz əvəzi: O ki qaldı həmin qəliz təqdimatların nisbətən sadə dillə çatdırılmasına, burada çətin heç nə yoxdur. O uzun və mürəkkəb cümlələri bir neçə sadə və ya mürəkkəb cümləyə bölmək kifayətdir. Yeri gəlmişkən, bu iradımız həm də həmin məlumatları oxuculara çatdıran sayt və qəzet redaktorlarınadır: çünki son anda həmin məlumatlar məhz onların əllərindən keçir. Məsələn, sonuncu nümunədəki fikri bu cür də vermək olardı: Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərindən daxil olan birgə məlumatda bildirilir ki, araşdırma zamanı ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sərbəst hərəkət etməyə məhdudiyyət qoyulduğu dövrdə vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçən Bayramov Şahid Şahin oğlunun vəzifəli şəxs kimi öz səlahiyyətlərindən sui-istifadə etdiyi müəyyən olunub. Belə ki, 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları ərzində Bakı şəhəri və onun ətraf rayonları ərazisində sərbəst hərəkət etmələrini təmin etmək məqsədilə 90 nəfərdən artıq şəxsin şəxsi məlumatlarını Dövlət Əmək Müfəttişliyinin “Əmək Müqaviləsi Bildirişi” altsisteminə daxil edib. Bununla da karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaradıb, nəticədə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.