Azərbaycan Ümumi Daxili Məhsulda (ÜDM) hərbi xərclərin ən çox olduğu ölkələrin siyahısında 5-ci yerdədir.Senzor.az bildirir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında belə deyilir.
Belə ki, hesabat görə, Azərbaycanın ÜDM-sində hərbi xərclər 5,3% təşkil edir.
Bu baxımdan, birinci yeri Oman (7,3%), ikinci yeri Küveyt (6,7%), üçüncü yeri Səudiyyə Ərəbistanı (6,6%), dördüncü yeri isə Əlcəzair (5,6%) tutur.
Hesabatda həmçinin bildirilir ki, 2021-ci ildə dünya ölkələrinin hərbi xərcləri 0,7 faiz artaraq 2 trilyon 113 milyard dollara çatıb.
Hərbi xərclərə ən çox vəsait ayıran ölkələrin beşliyinə ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiya daxil olub. Ümumi hərbi xərclərin 62 faizi həmin ölkələrin payına düşüb.
Ötən il Birləşmiş Ştatların hərbi xərcləri 801 milyard, Çininki 293 milyard, Hindistanınkı 76,6 milyard, Rusiyanınkı isə 65,9 milyard olub.
Hesabatda Böyük Britaniya ilə bağlı rəqəm açıqlanmayıb.