Ermənistan müxalifəti yeni mitinqlərə start verdi – “AKSİYALAR BU İQTİDAR GEDƏNƏ QƏDƏR DAVAM EDƏCƏK"
Ermənistan müxalifəti “Hayastan” blokunun simasında bazar ertəsi axşam təşkil etdiyi yürüşü bir az əvvəl İrəvanın Azadlıq meydanında başa vurub.
 
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bundan əvvəl Komitas prospektindən başlayan etiraz aksiyasının iştirakçıları Spendiaryan adına Akademik Opera və Balet Teatrının binasına bitişik olan Fransa meydanını qısa müddətə bağlayıblar. 
 
Həmin arada Azadlıq Meydanında parlamentin “Şərəfim var” fraksiyasının lideri Artur Vanetsyan tərəfindən hakimiyyətin istefası tələbi ilə müddətsiz aksiya keçirilib.
 
“Hayastan” blokunun nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan çıxışında dinləyiciləri dəstək və həmrəylik əlaməti olaraq Vanetsyanın aksiyasını alqışlamağa çağırıb. Deputat onu da bildirib ki, müxalifət sonadək-indiki rəhbərlik istefa verənə qədər gedəcək.
 
“Bu, müqəddəs mübarizədir, bu, Artsax, Ermənistan dövlətçiliyi uğrunda mübarizədir. Mübarizə bizdən kiminsə hakimiyyətin başında olması uğrunda deyil. Mübarizə xalqımızın taleyi, sizin valideynləriniz və övladlarınız uğrundadır”, deyə siyasətçi nümayişçilərə müraciət edərək bildirib.
 
O, əmin edib ki, müxalifətin ən xırda detallarına qədər hesablanmış fəaliyyət planı var. Və bu plan sonda ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. 
 
Saqatelyan Fransa meydanında gecələməyin tez olduğunu bəyan edib. Bununla da bugünkü aksiya yekunlaşıb. Müxalifətin mitinq və yürüşləri sabah-çərşənbə axşamı davam edəcək.
 
Xatırladaq ki, “Hayastan” bloku aprelin 25-dən İrəvanda mərkəzləşdirilmiş etiraz aksiyaları keçirməyə qərar verib.

Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.