Salyanda 70 yaşlı kişi keçmiş kürəkənini öldürdü və... POLİSƏ ZƏNG ETDİ
Salyanda 37 yaşlı şəxs qətlə yetirilib.
 
"Report"un məlumatına görə, hadisə ötən gün gecə saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.
 
Belə ki, 70 yaşlı Məlikağa Əliyevin qızı Rəvanə Əliyeva bir neçə il əvvəl qonşu Gomuşlu kəndinin sakini, 1985-ci il təvvəllüdlü Məlikov Faiq Mətləb oğlu ilə ailə həyatı qurub. Cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib. Amma son vaxtlar cütlük arasında mübahisələr baş verdiyindən onlar 6 ay əvvəl məhkəmə qaydasında boşanıblar. Kənddəki şadlıq evlərindən birində aşpaz işləyən Faiq Məlikov ötən axşam saat 23:30 radələrində iri mətbəx bıçağı götürərək uşaqlarını görmək bəhanəsi ilə keçmiş qaynatasının evinə gəlib. Bu zaman M.Əliyev evdə tək olub.
 
M.Əliyevlə keçmiş kürəkəni arasında mübahisə yaranıb. M.Əliyev F.Məlikovun əlindəki bıçağı alaraq ona 4 xəsarət yetirib. F.Məlikov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. M.Əliyev hüquq-mühafizə orqanlarına zəng edərək hadisə barədə məlumat verib. O, polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
 
Faktla bağlı cinyət işi açılıb, araşdırma aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.