Rusiya nüvə silahından istifadə edə bilərmi?
ŞƏRH-PROQNOZ
Rusiya ilə Ukrayna arasındakı müharibə uzandıqca Kremlin nüvə silahından istifadə edəcəyi ehtimalı barədə müzakirələr daha çox gündəmə gəlir. Bu təsadüfi deyil. Məsələ ondadır ki, Moskvanın bu qədər ciddi müqavimətlə üzləşəcəyini, demək olar, kimsə gözləmirdi. Bu, ən çox da onun özü üçün sürpriz oldu. 
 
Qərb bütün imkanları ilə Kiyevi dəstəkləməkdə davam edir. Məqsəd aydındır: Rusiyanı zəiflətmək. Ayrı-ayrı rəsmilərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin, xarici işlər naziri Sergey Lavrovun, dövlət başçısının sözçüsü Dmitri Peskovun açıqlamalarından Kremlin getdikcə aqressivləşdiyi hiss olunur. Çünki uzunillik hegemonluq tədricən puç olmaqdadır. Kreml getdikcə sivil dünyadan təcrid edilir. Tətbiq edilən sanksiyalar isə daxildə vəziyyəti ağırlaşdırır. Ağır məhdudiyyətlərin fonunda bir azdan sonra  ölkə daxilində narazılıqların baş qaldırması istisna deyil. 
 
Belə olan halda Kreml bunu nə qədər biruzə verməməyə çalışsa da, əslində çıxış yolu axtarır. Qərb rəsmilərinin Ukraynaya səfərləri, Prezident Volodimir Zelenski ilə təmasları isə, şübhəsiz ki, Putin üçün əlavə psixoloji təsirdir. 
 
Rusiyanın birdən-birə geri çəkilməsi, asanlıqla danışıqlar masası arxasına oturması və ciddi güzəştlərə getməsi hələlik ağlabatan deyil. Çünki bu, Kremlin dünyadakı imicinə və dediyimiz kimi, onun uzunillik imperialist maraqlarına ciddi zərbə ola bilər. 
 
Amma əgər müharibə daha çox uzansa, Kreml rəhbəri başqa çıxış yolunun olmadığını görsə, nüvə silahından istifadə edə bilər. Bu, onun üçün təxminən “Pir qələbəsi” olar. Hərçənd Rusiyanın nüvə silahına əl atması heç bir halda soyuqqanlı davranışın nəticəsi olmayacaq. Əksinə bu, aqressiyanın məhsulu kimi qiymətləndirilməlidir. Və əlbəttə, bu zaman ən çox “başı ağrıyanlardan” biri də şimal qonşumuz özü olacaq. Çünki Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə Qərb mütləq bu addıma adekvat cavab verəcək. Hətta Rusiyanın atdığı raketin havadaca zərərsizləşdiriləcəyi və həmin an Qərbin Rusiyaya daha ağır zərbə endirəcəyi variantı da istisna deyil. 
 
Kim zəmanət verə bilər ki, Qərbin məqsədi elə bu deyil? Bəlkə də, Qərb Rusiyanı “yarımcan” etməkdən ötrü zəmin yaratmaq və Kremli buna təhrik etmək istəyir? Hər halda belə bir ssenari tamamilə mümkündür. 
 
Amma nəzərə almaq lazımdır ki, nüvə silahından istifadə nəinki qarşıdurma tərəfləri, ümumiyyətlə, dünya üçün yaxşı nəsə vəd etmir. Maraqlıdır, Rusiya və Qərb dünyanı dəyişməyə hazırdırlarmı?
 
Kənan Novruzov, 
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.