Putin “Novaya Rossiya” konfederasiyası elan edəcək - UKRAYNADA DAHA BİR “RESPUBLİKA” YARADILIR?
TƏHLİL
Rusiya Ukraynada yeni qondarma separatçı respublika yaratmaq istəyir. Belə ki, işğalçılar Xerson vilayətində “xalq respublikası” yaratmaq məqsədilə aktiv fəaliyyətə başlayıblar.

Düzdür, Rusiya tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib, amma Donbas və Luqanskın ardınca Xerson vilayətində də “xalq respublikası”nın yaradılması ehtimalının reallaşması mümkün görünür.
 
Referendumun vaxtı
 
Ukraynanın “Cənub” operativ komandanlığı məlumat yayıb ki, artıq bu məqsədlə “referendum” keçirmək üçün hazırlıqlar gedir. İddiaya görə, “referendum”u 27 apreldə keçirmək planlaşdırılıb.
 
Ombudsman Lyudmila Denisova qondarma referendumun 1-10 may arasında keçiriləcəyinə cəhd ediləcəyi haqda məlumat aldığını deyib. 
 
Xerson şəhər meri İqor Kolıxayev isə onda “referendumun tarixi” ilə bağlı hər hansı dəqiq məlumat olmadığını bildirib. 
 
Rəsmilərin açıqlamalarından belə nəticəyə gəlmək olar ki, Xersonda qondarma xalq referendumunun 1-10 may arasında keçiriləcəyi daha realdır. Nəzərə alsaq ki, Kreml 9 May Qələbə Gününə ciddi hazırlıq işləri görür, referendumun da bu tarixə qədər keçirilməsi ehtimalı yüksəkdir.  Xersonun Rusiya üçün əhəmiyyəti

Rusiya üçün Xerson hazırda bir neçə baxımdan əhəmiyyətlidir: 

Birincisi, Rusiyanın Donetskdən Krıma qədər uzanan işğal xəttinin tamamlanması baxımından. Xersonda qurulacaq qondarma respublika Kremlin Donetsk, Luqansk, Krım kimi Xersonda da möhkəmlənməsinə şərait yaradacaq. 
 
İkincisi, Xersonun alınması Luqanskla arada qalan   və Donetsk-Krım işğal xəttini tamamlayacaq son məntəqə olan Zaporojyenin işğalını tezləşdirəcək. Artıq bir neçə gündür, rus qoşunları Zaporojyeni də ələ keçirmək üçün ciddi hücumlar təşkil edir. 
 
Üçüncüsü, Xerson Krım üçün həyati əhəmiyyətə malik bir bölgədir. Belə ki Xerson olmadan Krımın ilhaqının heç bir əhəmiyyəti yoxdur. Çünki Krımın su ehtiyatı məhz Xersondan keçən kanallar vasitəsilə təmin olunur. 
 
Kremlin növbəti hədəfi
Xersonun ardınca Kremlin növbəti hədəfi şübhəsiz ki, Zaporojye bölgəsi olacaq. Zaporojyenin işğalı ilə Krımdan Donbasa qədər uzanan işğal xətti tamamlanacaq. Mümkündür ki, Kreml həm də növbəti qondarma respublikanı Zaporojyedə də qursun. Rusiya indiki məqamda 9 Maya qədər bu məqsədlərinə nail olmaq istəyir.  Ehtimal etmək olar ki, Kreml sonda bütün separatçı respublikaları “Novaya Rossiya” adlı konfederativ bir respublikada birləşdirib müstəqilliyini tanımağı hədəfləyir. Bu həm də Ukraynanın iki yerə parçalanması ssenarisinin reallaşması deməkdir. 
 
Ukraynanın cavabı necə olacaq?
 
Rusiya Donetsk və Luqanska bənzər “Xerson Xalq Respublikası” təsis edərsə, bu Kiyev ilə Moskva arasında danışıqların yenidən kəsilməsinə səbəb ola bilər. Bu həm də müharibənin uzanması deməkdir. Müharibənin uzanması onsuz da Kremlin iqtisadi vəziyyətini günbəgün pisləşdirir. Qərbin artan iqtisadi və silah yardımı isə Ukraynanı gücləndirir. İndiki məqamda müharibənin uzanması Moskva üçün daha təhlükəli perspektiv vəd edir.
 
Turan Rzayev,
siyasi şərhçi





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.