“Buçada baş verənlərin Rusiya ordusuna aidiyyəti yoxdur” - BMT BAŞ KATİBİ İLƏ GÖRÜŞDƏ PUTİNDƏN SENSASİON AÇIQLAMALAR
YENİLƏNİB
 Rusiya Prezidenti Vladimir Putinlə BMT-nin Baş katibi Antonio Quterreş arasındakı danışıqların bəzi detalları məlum olub.
 
Senzor.az yerli KİV-ə istinadən məlumatına görə, Rusiya lideri bildirib ki, Moskva Kiyevlə danışıqlardan imtina etmir və diplomatik yolla razılaşmaların əldə olunacağına ümid edir.
 
"Biz ümid edirik ki, diplomatik yolda da razılığa gələ biləcəyik. Biz danışıqlar aparırıq, onlardan imtina etmirik", - deyə Rusiya Prezidenti vurğulayıb.
 
Ukraynanın Buça şəhərində baş verən məlum hadisələrdən danışarkən V.Putin növbəti dəfə bildirib ki, onun Rusiya ordusuna heç bir aidiyyəti yoxdur: “Buçadakı hadisə feykdir, Suriyadakı feykin eynisidir”.
 
Rusiya lideri bildirib ki, İstanbulda Rusiya-Ukrayna danışıqlarında ciddi irəliləyişə nail olunub. Lakin danışıqları davam etdirmək üçün açıq niyyət olduğu anda Moskva belə bir təxribatla üzləşib. Bundan sonra vəziyyət köklü şəkildə dəyişib.
 
Putin qeyd edib ki, hadisələrin Rusiya ordusuna heç bir aidiyyatı olmasa da, Moskva bu təxribatı kimin və hansı vasitələrlə törətdiyini bilir.
 
Daha bir maraqlı məqam. Rusiya Prezidenti BMT və BQXK-nı ukraynalı əsirlərlə görüşməyə dəvət edib. “Əgər Siz, hörmətli cənab Baş katib, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələrini, BMT nümayəndələrini onların necə və harada saxlandığını, yaralıların necə müalicə olunduğunu görmək istəyirsinizsə - buyurun biz belə bir fürsət yaratmağa hazırıq”, - Putin qeyd edib. 
V. Putinin BMT-nin Baş katibi ilə görüşündə diqqətçəkən epizodlardan biri də onun, Kiyevin davranışlarını İŞİD terrorçuları ilə müqayisə etməsi olub.
 
“Biz Ukrayna hakimiyyətindən eşidirik ki, orada mülki insanlar var. O zaman Ukrayna ordusunun hərbçiləri onları buraxmağa borcludurlar. Yaxud da onlar o zaman dünyanın bir çox ölkələrində, məsələn, Suriyada İŞİD kimi, mülki əhalinin arxasında gizlənərək terrorçu kimi fəaliyyət göstərirlər. Ən sadə iş bu insanları buraxmaqdır”, - Prezident deyib.
 
Rusiyanın dövlət başçısı mülki şəxslərin canlı qalxan kimi istifadəsini cinayət adlandırıb.
 
O əlavə edib ki, Rusiya tərəfi "Azovstal" zavodunun ərazisində qalanlarla əlaqə saxlayır. Zavod tamamilə təcrid olunub, orada hərbi əməliyyatlar aparılmır.
 
**20:38

Rusiya Prezidenti Vladimir Putin Moskvada BMT-nin baş katibi Antoniu Quterreşi qəbul edib.
 
TASS Kremldə uzun masa arxasında keçirilən görüşün görüntülərini yayıb.
 
Qeyd edək ki, Quterreş Rusiyaya səfəri zamanı Ukraynadakı, o cümlədən konkret olaraq Mariupol və “Azovstal”dakı vəziyyəti müzakirə etməyi planlaşdırırdı. O, Putinlə görüşdən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.
 
Onu da xatırladaq ki, Putin və Quterreş sonuncu dəfə ötən ilin mayında videobağlantı vasitəsilə danışmışdılar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.